525 ci qəzet Qustavo Petro deportasiya olunan kolumbiyalıları daşıyan ABŞ təyyarələrini ölkəyə buraxmayacaq

26.01.2025

Icma.az, 525.az saytına istinadən bildirir.

Kolumbiya prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.

525.az “Report” a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır. Kolumbiyalı miqrantları daşıyan Şimali Amerika təyyarələrinin ərazimizə daxil olmasına icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ-da onlara layiqli rəftar qaydaları olmalıdır, - deyə o vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью