525 ci qəzet Rusiya şərbazlıqla məşğuldur Deputat | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır. Təəsüflə qeyd etmək lazımdır ki, Azərbaycan təyyarəsini vuran, kompensasiya ödəmək,
Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycana qarşı müxtəlif tədbirlərə əl atan, təxribatlar törədən Rusiya bu gün də eyni ritorikanı davam etdirməyə çalışır.
“Əslində hər şey göz qabağındadır, cinayəti kimin törətdiyi hər kəsə məlumdur.
Əgər Dumanın deputatı Nikolay Valuyevi bizim üstümüzə qaldıranlar, bu ağılın sahibləri düşünürlərsə ki, bu cür addımlarla, səhvlərlə Azərbaycanın mövqeyinə təsir göstərə bilərlər, bizi mövqeyimizdən daşındıra bilərlər, onlar yanılırlar.
Bilməlidirlər ki, bu cür məsələlər bizim mövqeyimizə təsir göstərə bilməz”, - deputat söyləyib.
Əlavə edib ki, “Rus evi” Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərirdi, əgər onlar burda fəaliyyət göstərmək istəyirdilərsə, bu fəaliyyət qanun çərçivəsində olmalı idi: “İllər öncə Rusiya tərəfi Azərbaycan diaspora təşkilatının qeydiyyatını ləğv etdi.
Bunu onunla əsaslandırdı ki, guya fəaliyyəti hansısa qaydalara uyğun deyil.
Tam oxu
Xəbəri oxu