Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Nijeqorodsk vilayətinin Novolikyeyevo yaşayış məntəqəsi yaxınlığında kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib.
RV-7 markalı təyyarə havada alovlanıb. Pilot bununla bağlı dispetçerə məlumat verib və sərt eniş etmək məcburiyyətində qalıb. Yerə çırpılan təyyarə tamamilə yanıb.
Qeyd edək ki, təyyarədə olan pilot və sərnişin həlak olub.
L.Tağıyeva