525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı diqqət edilməli məqamları açıqlayıb.
525.az-a bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 2024/2025-ci tədris ilinin II yarımili üzrə 25 fevral saat 15:00-dan etibarən başlayır.
Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.
Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Bildirilib ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.