525 ci qəzet Sərnişinlərlə dolu təyyarədə yanğın

28.01.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyada uçuşa hazırlaşan təyyarədə yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pusan şəhərinin hava limanında yaşanıb.

Yanğın "Air Busan" hava şirkətinə məxsus təyyarənin quyruq hissəsində başlayıb. Göyərtədə olan 169 sərnişin və 7 ekipaj üzvü dərhal hava trapları vasitəsilə təxliyə olunub. 

Az sonra alov təyyarənin digər hissələrinə keçib və "hava gəmisi" demək olar ki, tamamilə yanıb.

Qeyd edək ki, Honqkonqa uçmalı olan təyyarənin yanma səbəbləri hələlik məlum deyil.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью