525 ci qəzet Somalidə terrorçular hərbi bazaya hücum edib

11.02.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"İslam Dövləti" (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, terrorçular avtomobil və motosikletlərdən istifadə edərək partlayıcı qurğular tətbiq ediblər.

"İŞİD döyüşçüləri minalanmış avtomobil və motosikletlərdən istifadə edərək bizə hücum etdilər. Döyüşlər hələ də davam edir", - Puntlandın hərbi nümayəndəsi Mohamud Fadiqo agentliyə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью