525 ci qəzet Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi

27.02.2025

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Peşəkar Futbol Liqasının qərarına əsasən matç 28 fevral tarixində Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək.

Qarşılaşma saat 14:00-da başlanacaq.

Qeyd edək ki, daha əvvəl oyunun bu gün keçirilməsi planlaşdırılırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью