525 ci qəzet Trampın kürəkəni Albaniyada kurort şəhərciyi saldıracaq

16.01.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Albaniyada 1,4 milyard dollara kurort şəhərciyi tikdirəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərcik İon dənizində yerləşən Sazan adasında yerləşəcək.

Albaniyanın Nazirlər Kabinetinin müvafiq komitəsi srağagün layihəni təsdiqləyib və növbəti mərhələdə ekoloji yoxlamadan keçəcək.

Qeyd edək ki, Albaniya Avropanın ən çox turist axını olan ölkələrindədir. Ötən il bu ölkəyə 11,7 milyon turist təşrif buyurub.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью