Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əlcəzair, Nigeriya və Niger Trans-Sahara Qaz Boru Kəmərinin (TSGP) tikintisini sürətləndirəcək üç saziş imzalayıb.
525.az xəbər verir ki, imzalanma layihənin rəhbər komitəsinin Əlcəzairdə keçirilən nazirlər toplantısında baş tutub.
Söhbət TSGP-nin həyata keçirilməsinə cavabdeh olan nazirliklərin rəhbərləri tərəfindən imzalanan layihənin texniki-iqtisadi əsaslandırılmasının yenilənməsi üzrə müqavilədən gedir.
Həmçinin üç ölkənin enerji şirkətləri arasında təzminat müqaviləsi və məlumatların açıqlanmaması haqqında saziş imzalanıb.
Uzunluğu 4,2 min km-dən çox olan qaz kəməri qazı Nigeriyadan Niger və Əlcəzair vasitəsilə Avropaya çatdıracaq.
İnvestisiya dəyəri 13 milyard dollar qiymətləndirilir və obyektin ötürmə gücü ildə 30 milyard kubmetr qaz təşkil edəcək.
TSGP-nin tikintisinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.