525 ci qəzet Trüdo: Kanada ABŞ ilə sərhəd təhlükəsizliyinə 700 milyon dollar xərcləməyə hazırdır

21.01.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kanada hökuməti ABŞ ilə sərhəddə təhlükəsizliyin təkmilləşdirilməsi üzrə dəyəri 1 milyard Kanada dollarından (700 milyon ABŞ dollarından) çox olan plan hazırlayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Baş naziri Castin Trüdo bildirib.

“Hökumətimiz Prezident Trumpın sərhəd təhlükəsizliyi kontekstində qaldırdığı narahatlıqları həll etmək üçün artıq addımlar atıb, o cümlədən Kanadaya 1 milyard dollardan da baha başa gələcək hərtərəfli sərhəd planı hazırlayıb. Sərhədin hər iki tərəfində vətəndaşlarımızın təhlükəsizliyi üçün artıq amerikalılarla birgə işləyirik”, - Trüdo deyib.

Baş nazir vurğulayıb ki, Trampın narahatlığına baxmayaraq, Kanadanın payına fentanil narkotik vasitəsinin 1%-dən az hissəsi, eləcə də ABŞ-a daxil olan qeyri-qanuni immiqrantların 1%-dən az hissəsi düşür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью