525.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Adana Demirspor"un prezidenti Bedirhan Durak istefa verib.
QOL.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib.
Ötən gün Superliqada “Qalatasaray” - “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib.
11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb.
30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər.
Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub prezidentinin tələbi ilə bu addımı atıb.
Daha sonra hakim Oğuzhan Çakır matçın dayandırıldığını elan edib.
Klubun keçmiş prezidenti Murat Sancak da etirazlarının hakimlərə olduğunu deyib.