525 ci qəzet Türkiyədə ağır qəza 3 ölü

03.02.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Türkiyənin Şanlıurfa bölgəsində yük avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam 11 radələrində Birecik rayonunda baş verib.

Əyləci sıradan çıxan yük avtomobili bir neçə minik avtomobilinə çırpıldıqdan sonra körpüdən aşıb. 

Qəza nəticəsində 3 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.

Qeyd edək ki, ölənlərdən ikisinin şəxsiyyəti məlumdur. Bir qadının isə kimliyi dəqiqləşdirilir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью