525 ci qəzet Ukraynada 1 dəqiqəlik sükuta məhəl qoymayan sürücülər cərimələnəcək | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynada müharibədə həlak olanların xatirəsinə 1 dəqiqəlik sükuta məhəl qoymayan sürücülərin cərimələnməsinə başlanılıb.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ilk cərimə Rovno şəhərində tətbiq edilib.
Bu gün yerli vaxtla 9:00-da "Volkswagen Passat" markalı avtomobilin sürücüsü 1 dəqiqəlik sükuta məhəl qoymayaraq hərəkəti davam etdirib.
Videomüşahidə kameralarına düşən avtomobilin sürücüsü aşkarlanaraq 510 qriven (təxmini 20 manat) cərimə edilib.
Laqeyd sürücü hərəkətini tələsməyi ilə əlaqələndirib. Qeyd edək ki, indən belə bu cərimə bütün ölkə daxilində tətbiq olunacaq.
L.Tağıyeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu