525 ci qəzet UNEC SCOPUS da yeri

04.02.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  tarixində SCOPUS-da çap olunmuş bütün məqaləlırin 98 faizi, özünə istinadlar nəzərə alınmadan bütün istinadların 98.5 faizi son 10 ilin payına düşüb. Təkcə 2024-cü ildə əvvəlki illə müqayisədə SCOPUS-da məqalələrin sayı 193.7%,  istinadların sayı isə  24,7 faiz çox olub". 

Bunu 525.az-a UNEC rektoru professor Ədalət Muradov deyib. O bildirib ki, 2019-cu illə müqayisədə Q1-də çap edilmiş məqalələrin sayı  2.2 dəfə, əcnəbi tədqiqatçılarla birlikdə çap edilmiş məqalələrin sayı 1.8 dəfə artıb:

"2024-cü ildə SCOPUS-da çap olunmuş bütün məqalələrin 80 faizi Q1 və Q2 məqalələridir. Ən çox məqalə Mühəndislik və tətbiqi elmlər, ən çox istinad sayı Maliyyə və maliyyə institutları, Q1-də ən çox məqalələr isə Biznesin idarə edilməsi kafedrasının alimlərinin payına düşüb".

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью