525 ci qəzet Vinisius Juniordan gələcəyi ilə bağlı açıqlama

23.01.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Real"ın cinah oyunçusu Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

QOL.az xəbər verir ki, 24 yaşlı hücumçu bu məlumatları təkzib edib və "Real"da qalacağını qeyd edib:

“Mənim gələcəyim "Rea"dır! Sevdiyim klub üçün 101 qol vurmağı bacardığım üçün şadam. Mən bura uşaq vaxtı gəlmişəm və "Real"ın tarixinə düşmək fürsəti məni dünyanın ən xoşbəxt insanı edir.

101 qol həddinə çatmaqda mənə kömək etdikləri üçün bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Yaşasın "Real"!"

Qeyd edək ki, Vinisius ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Zalsburq"a 2 qol vurub. Nəticədə o, "Real"ın heyətində qollarının sayını 101-ə çatdırıb.

Daha əvvəl futbolçu ilə Səudiyyə Ərəbistanının bir neçə klubunun yaxından maraqlandığı haqda məlumatlar yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью