525 ci qəzet Yuxu həblərinin yeni təhlükəsi

24.01.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

Amerikalı alimlərin araşdırmalarına görə, yuxu həbləri beynin yuxu zamanı həyata keçirdiyi təbii təmizləmə proseslərini poza bilər.

525.az xəbər verir ki, araşdırma nəticələri “Cell” jurnalında dərc olunub. Bu proses 2012-ci ildə neyrobioloq Mayken Nederqaard tərəfindən kəşf edilən qlimfatik sistemlə bağlıdır. Qlimfatik sistem artıq serebrospinal mayedə yığılan təhlükəli zülalları beyindən çıxarmağa cavabdehdir. Bu zülalların yığılması nevroloji xəstəliklər, o cümlədən Altsheymer xəstəliyi riskini artırır.

Yuxu zamanı norepinefrin dalğaları beynin qan damarlarının dövri şəkildə daralmasını və genişlənməsini təmin edir, bu da beyni təmizləyən mexanizm kimi işləyir.

Lakin alimlərin araşdırmaları göstərib ki, geniş yayılmış zolpidem adlı yuxu dərmanı norepinefrin səviyyəsini 50% azaldır. Bunun nəticəsində yuxu strukturu pozulur, qlial qan axını zəifləyir və beynin təmizləmə funksiyası zərər görür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью