525 ci qəzet “Zelenski ABŞ ı müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb” Tramp

20.02.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Vladimir Zelenski ABŞ-ı qalib gələ bilməyəcəyi müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb”.

525.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“ABŞ Avropadan 200 milyard dollar çox xərcləyib”, - deyə o, TRUTH sosial şəbəkəsindəki paylaşımında yazıb.

Lakin Trampın sözlərinə görə, Avropa pulları zəmanət altında köçürüb, ABŞ-a isə heç nə qaytarılmayacaq.

O, əlavə edib ki, Zelenski ABŞ-nin köçürdüyü vəsaitlərin yarısının yoxa çıxması faktını qəbul edir.

ABŞ lideri həmçinin Zelenskini “seçkisiz diktator” adlandırıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью