525 saylı avtobuslar bu tarixdən dəyişiləcək ŞAD XƏBƏR

21.06.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının qəsəbələrində fəaliyyət göstərən avtobusların bəziləri istismara yararsızdır. Ötən gün Masazır qəsəbəsində fəaliyyət göstərən avtobusda da təhlükəli vəziyyət yaranıb. 

Bəs yararsız avtobuslar nə vaxt dəyişdiriləcək? 

Milli.Az xəbər verir ki, 525 nömrəli avtobusun sərnişinlərinin sözlərinə görə, avtobuslar yay aylarında daha pis haldadır:

"Avtobuslar çox istidir, kondisioner yoxdur. Oturacaqlar da köhnəlib, camaat əziyyət çəkir". 

Məsələ ilə bağlı dispetçer Ramil Hacıağayev bildirib ki, avtobuslar alınaraq yenilənir. Ayın 1-dək avtobuslar dəyişiləcək. Sadəcə yollar pis gündədir, avtobuslar xəttə buraxılmasına görə çətinliklər var. 

Avtobusların yaxın zamanda yenilənəcəyini AYNA da təsdiqləyib. 

Aysel Əkbər
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью