525 saylı marşrutda nasaz avtobus istismar edilir VİDEO

05.03.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonu Masazır qəsəbəsində nasaz vəziyyətdə xəttə buraxılan avtobus piyada tərəfindən görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 5-də səhər saatlarında Əliağa Vahid küçəsində qeydə alınıb. Belə ki, 525 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-ND-326 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus asqı sistemi nasaz vəziyyətdə sərnişin daşıyıb. Kadrdan da göründüyü kimi, avtobus sərnişinlə dolu vəziyyətdə hərəkət edir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью