525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Afrika Respublikasında Beandri Boysen adlı 19 yaşlı qız nadir xəstəlikdən vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Proqeriya sindromundan əziyyət çəkirmiş.
Sadə dillə desək, Boysen əslində gənc olmasına baxmayaraq, sürətlə qocalırmış.
Yeri gəlmişkən, 19 yaşında yaşlı adama bənzəyən qız "TikTok" sosial şəbəkəsində xeyli populyar birisi idi. Onun 278 min izləyicisi var.
Qeyd edək ki, Proqeriya insanda genlərin deffektliyi səbəbindən yaranır. Dəri və daxili orqanları sürətlə qocalan belə insanların orta ömrü 13 ildir. Ümumiyyətlə, indiyə kimi 350 civarında insan bu xəstəlikdən vəfat edib.
L.Tağıyeva