525ci qəzet 2025ci ilin ilk gözəli FOTOLAR

10.01.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci il başlar-başlamaz xarici görünüşü ilə gözəllik müsabiqəsinin münsiflər heyətini heyran etməyi bacaran növbəti seçilmişin adı açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Alabamadan olan 22 yaşlı tələbə Ebbi Stokard nüfuzlu “Miss Amerika” titulunu qazanıb.

“Miss Amerika” adı uğrunda mübarizə aparan 51 xanım müsabiqədə qalib gəlmək üçün əvvəlcə qara kəmərli mini paltarlarda səhnəyə çıxmalı, sonra müsahibədən keçməli, yekunda isə kostyumda nömrə təqdim etməli idilər.

Maraqlı görünüşü sayəsində Ebbi Stokard əlli rəqibini qabaqlayaraq arzulanan tacı, eləcə də 50 min dollar pul mükafatını qazana bildi.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью