525ci qəzet AFFA şikayətlə bağlı qərar verdi

11.12.2024

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Karvan” klubunun şikayəti ilə bağlı şikayətinə baxıb.

525.az xəbər verir ki, qərar qurumun rəsmi saytında açıqlanıb

Şikayətçi “Karvan” Futbol Klubunun apellyasiya şikayəti təmin edilməyib.

Qərarda qeyd olunub ki,  I Liqanın VIII turu çərçivəsində keçirilən “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, “Karvan” klubunun 300 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 3 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью