Icma.az, 525.az saytına istinadən bildirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun ye
525.az agentliyə istinadən xəbər verir ki, yol başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33,6 km təşkil edir.
Sözügedən yolun ilk 11,7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21,9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur.
Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır.
Hər bir istiqamət üzrə çiyinlərin eni 3,75 metrdir. Hazırda layihə boyu torpaq işləri görülür.
Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır.
Bundan başqa yol boyu müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların eləcə də keçidlərin tikintisi işləri görülür.
Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 3494 metr hissəsi artıq inşa edilib.