525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı Rusiya, Gürcüstan və Moldovadan olan 16 şəxsi, habelə üç təşkilatı hibrid hərəkətlərlə bağlı “qara siyahı”ya salacaq.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Polskie Radio” ona daxil olan siyahıya istinadən məlumat yayıb.
“Qara siyahı”da xüsusi xidmət və hüquq-mühafizə orqanlarının nümayəndələri, ekspertlər və jurnalistlərin adları yer alacaq. Lakin adı sanksiyalar siyahısına düşən şəxslərin adları açıqlanmayıb.