525ci qəzet Aİnin Ermənistanın Azərbaycanla sərhədindəki missiyasının müddətinin 2 il uzadılması təklif olunur

10.01.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddətinin daha iki il uzadılmasını təklif edib.

525.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti Ali Nümayəndənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Üzv dövlətlərin bu təklifi alqışladığı və hazırda Aİ Şurasının müvafiq qurumları ilə lazımi hüquqi aktların müzakirə edildiyi” vurğulanıb.

O da qeyd edilib ki, “Şuranın Aİ müşahidə missiyasının mandatının uzadılmasına dair qərarı yaxın günlərdə gözlənilir” (APA).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью