Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Aktau şəhərinin sakinləri AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün qan verməyə gedirlər.
525.az bu barədə Qazaxıstan KİV-inə istinadən xəbər verir.
"Aktaunun sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün şəhər qan mərkəzinə qan verməyə gəliblər", - yerli mətbuat yazıb.
Polis əməkdaşları meyitlərin şəhər morquna aparılacağını təsdiqləyiblər.