525ci qəzet Akula onu çəkən iPoneu uddu, nadir görüntülər ortaya çıxdı

21.11.2024

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baham adalarında turistlərin ekskursiyası zamanı maraqlı hadisə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sualtı gəzinti zamanı Citterbaq adlı akula onu videoya çəkən qrup rəhbərinin telefonunu udub. Az sonra onun yem olmadığını anlayan vəhşi "iPone"nu suya tüpürüb.

Baş verənlər telefon vasitəsilə qeydə alındığından maraqlı və nadir görüntülər ortaya çıxıb. Videogörüntüdə akulanın dişləri və həzm orqanları aydın görünür.

Başqa turist isə digər rakursdan baş  verənləri çəkə bilib.

Qeyd edək ki, telefon su keçirməyən qabda olduğundan zədələnməyib. Citterbaq da həmçinin.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью