525ci qəzet Alkoqollu içkiləri bu qiymətdən aşağı satanların cəriməsi artırılır

04.12.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

Alkoqollu içkilərin satışı ilə bağlı cərimələr dəyişdirilir.

525.az xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 455-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью