525ci qəzet Almaniya sığınacaqların siyahısını hazırlayıb

26.11.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

Uzun müddətdir artan gərginlik fonunda Almaniya mümkün III Dünya Müharibəsi təhlükəsinə qarşı sığınacaq planı hazırlayır. Bu plan çərçivəsində vətəndaşlara ən yaxın sığınacağa qədər olan məsafəni göstərmək üçün mobil proqram da hazırlanacaq.

525.az “TRT Haber”ə istinadən xəbər verir ki, Almaniya hökuməti artan beynəlxalq təhlükələr və dünyada davam edən müharibələr fonunda sığınacaqlar şəbəkəsi yaratmağı planlaşdırır.

Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı hərbi hücum təhdidlərindən sonra Almaniyada “milli sığınacaq” hazırlamaq planı gündəmə gəlib.

Həmçinin metro stansiyalarında da sığınacaqların yerləşdirilməsinəzərdə tutulur.

Ləman İlkin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью