525ci qəzet Almaniyanı yalnız AfD xilas edə bilər Mask

20.12.2024

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı sahibkar İlon Musk, sağçı AfD  partiyasının Almaniyanın xilası olduğu qənaətindədir.

525.az xəbər verir ki, bu barədə iş adamı sosial şəbəkə hesabında yazıb.

“Yalnız AfD Almaniyanı xilas edəcək”, – Mask qeyd edib.

O, kansler vəzifəsinə namizəd Fridrix Mertsi tənqid edən bir alman siyasi fəala cavabında belə deyib.

Bundan əvvəl Almaniya üçün Alternativ Partiyası Almaniyanı Avropa İttifaqından çıxmağa çağırmışdı. AfD, həmçinin hesab edir ki, Berlin Rusiyanın Ukrayna üzərində qələbəsini tanımalıdır.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью