Icma.az bildirir, 525.az portalına istinadən.
Bu gün Bakı vaxtı ilə 04:38-də ABŞ-nin Alyaska ştatına məxsus Andreyanovsk adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Unalaşka şəhərinin 789 km cənub-qərbinə, zəlzələ ocağı isə 10 km dərinlikdə qeydə alınıb.
Titrəyişdən sonra sunami xəbərdarlığı edilməyib. Həmçinin, tələfat və dağıntı barədə məlumat verilmir.
Yeri gəlmişkən, dünən Bakı vaxtı ilə 14:24-də Şimali Kuril adaları yaxınlığında da eyni gücdə zəlzələ olub. Zəlzələnin episentri Oxot dənizinə düşüb.
L.Tağıyeva