525ci qəzet APAEconomics

10.01.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

525.az xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Hesabata əsasən, 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım 4,6% təşkil edib. 2025 və 2026-cı illər üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 3% səviyyəsində proqnozlaşdırılıb.

Başqa sözlə, 2024-cü il üzrə iqtisadi artım BMT-nin əvvəlki proqnozu 2% bəndi üstələyib. Həmçinin, BMT 2025-ci il üzrə iqtisadi artım proqnozunu 0,2% bəndi artırıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib ("APA-Economics").

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью