525ci qəzet Arda Güler üzr istədi

20.11.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə millisinin və "Real"ın futbolçusu Arda Güler ötən gecə Millətlər Liqasının 6-cı turunda Monteneqroya uduzduqları matç (1:3) haqqında danışıb.

Bu məğlubiyyətlə Türkiyə millisi B Liqasının 4-cü qrupunda 11 xalla 2-ci yeri tutub. Nəticədə komanda A Liqasına birbaşa vəsiqəni əldən verib. Türkiyə millisi gələn ilin mart ayında A Liqasına yüksəlmək üçün pley-off oyunu keçirəcək.

Arda Güler isə belə bir şansı dəyərləndirə bilmədikləri üçün Türkiyə xalqında üzr istəyib. 19 yaşlı yarımmüdafiəçi söyləyib:

 "Deyə biləcəyim bir şey yoxdur. Komanda olaraq xalqımızdan üzr istəyirik. Mart ayında pley-off oynayıb A Liqasına yüksəlməyə çalışacağıq. Hakan Çalhanoğlu meydanda olsaydı, daha fərqli oynaya bilərdik. Bu gün alınmadı. Xalqımızdan üzr istəyirik". 

Qeyd edək ki, B Liqasının 4-cü qrupundan lider kimi A Liqasına birbaşa vəsiqə qazanan komanda Uels olub (12 xal). (QOL.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью