525ci qəzet Astara və Lerikdə qanunsuz ov faktları müəyyən olunub

17.11.2024

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astara və Lerikdə qanunsuz ov faktları müəyyən olunub.

525.az xəbər verir ki, polis əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində M.Əlizadə və və R.Rzayevin Astara rayonunun Ərçivan qəsəbəsi, E.Tellizadə və N.Tellizadənin isə Lerik rayonunun Hamarat kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.

Onlardan 3 ədəd müxtəlif markalı ov tüfəngləri, digər ov alətləri və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Faktlar üzrə araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью