525ci qəzet Azərbaycan Baker Hughes ilə emissiyaların azaldılmasını müzakirə edib

15.11.2024

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan "Baker Hughes" şirkəti ilə emissiyaların azaldılmasına yönəlik fəaliyyəti müzakirə edib.

525.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.

“Görüşdə ölkəmizin “yaşıl gələcəy”inə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik”, - deyə M.Cabbarov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью