525ci qəzet Azərbaycan COP29da tərəflərə danışıqlar üçün platforma təqdim edib Nigeriyalı nazir

19.11.2024

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan belə böyük tədbirin təşkilinin öhdəsindən yaxşı gəlib və tərəflərə danışıqlar üçün platforma təqdim edib".

525.az xəbər verir ki, bunu Nigeriyanın ətraf mühitin mühafizəsi naziri Balarabe Abbas Laval “Report”un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, danışıqlar uğurla aparılır. "Biz bütün diqqətimizi ən vacib mövzuya - maliyyələşdirməyə yönəltmişik", - o qeyd edib.

Yekun bəyannaməyə toxunan nazir tərəflərin iqlim maliyyəsi ilə bağlı razılığa gələcəyinə ümidvar olduğunu deyib. "Biz buna çox ümid edirik. Dubayda çox vədlər verilsə də, onların bir çoxu yerinə yetirilməyib", - B.Laval vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью