525ci qəzet Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

30.11.2024

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu ilin III rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi 2023-cü ilin eyni rübü ilə müqayisədə 10 faiz bəndi artaraq 23 % təşkil edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

Məlumata görə, bu, II rüb ilə müqayisədə dəyişməyib.

Sorğuya əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.

Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29 %) olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью