525ci qəzet Azərbaycan əhalisinin sayı açıqlanıb

17.12.2024

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlin əvvəlindən ölkə əhalisinin sayı 37766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10218536 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью