525ci qəzet Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər

26.11.2024

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edib.

525.az Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,15 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью