525ci qəzet Azərbaycan millisi Estoniya ilə bərabərə qaldı

16.11.2024

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb. 

525.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin adıçəkilən rayonda keçirəcəyi ilk rəsmi matç kimi tarixə düşüb. 

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz ən zəiflərin yer aldığı D liqasına yuvarlanıb. 

Hazırda 5 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estonlar isə 4 xalla üçüncüdürlər. 

Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq. 

UEFA Millətlər Liqası

C liqası, V tur

16 noyabr

18:00. Azərbaycan - Estoniya - 0:0 

Baş hakim: Con Beaton (Şotlandiya)

Qəbələ şəhər stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью