525ci qəzet Azərbaycan millisinin üzvü ilə müqavilə uzadıldı

10.12.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

“Tedjon Xana Sitizen”də çıxış edən Azərbaycan millisinin üzvü Anton Krivotsyuk Cənubi Koreya klubu ilə müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci il dekabrın 31-dəkdir.

Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ilin fevralından “Tedjon Xana Sitizen”də çıxış edir. O, bu mövsüm ümumilikdə 28 oyuna 2 qol vurub və 1 qol ötürməsi edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью