525ci qəzet Azərbaycanda bələdiyyə torpağına dair müsabiqə ləğv edilib

04.12.2024

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dekabrın 19-na təyin etdiyi bələdiyyə torpağına dair müsabiqə ləğv edilib.

525.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərarı noyabrın 27-də Göygöl Rayon Məhkəməsi qəbul edib. 16 (066)-34/2024 nömrəli qərardada əsasən Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 1 200 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə keçiriləcək müsabiqə dayandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью