525ci qəzet Azərbaycanda radiostansiyalar artırılacaq

11.12.2024

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər".

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" adlı tədbirdə bildirib.

O qeyd edib ki, son 4-5 ildə radio stansiyaların sayı 2 dəfə artırılıb:

"Artıq 2 ədəd radio tezliyi tenderdədir. Tenderi uğurlu keçsələr, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq. Təxminən 5 il əvvəl bu göstərici 10-11 idi. Biz faktiki olaraq radio stansiyaların sayını 2 dəfə artırdıq".

"Hazırda radio stansiyaları ümumölkə xarakteri daşıyırır. Əvvəllər bu sahədə bölgələrdə böyük problemlər olurdu. İnsanlar bizə cəmi 1-2 stansiyaya çıxışlarının olduğu ilə bağlı müraciət edirdilər. Amma hazırda ölkədə 15 radio stansiya fəaliyyət göstərir. Hazırda vətəbdaşların bununla bağlı geniş seçim imkanları var", - deyə İ.Səttarov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью