525ci qəzet Azərbaycanlı müəllim Bursa Uludağ Universitetində təcrübə mübadiləsi aparıb | …
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi Lalə Əzimova “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Uludağ Universitetinin (BUU) Memarlıq fakültəsində təcrübə mübadiləsi aparıb.
Bu barədə 525.az-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, universitetin müəllimi səfər zamanı BUU-nun Memarlıq fakültəsinin müəllimləri i
O, AzMİU və təmsil etdiyi fakültə, həmçinin müasir Bakı haqqında təqdimatlar edib.
Təcrübə mübadiləsi müddətində göstərdiyi peşəkar yanaşmaya görə Lalə Əzimova BUU-nun Memarlıq fakültəsinin dekanı və Memarlıq kafedrasının rəhbəri tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunub.
BUU-nun Memarlıq fakültəsinin professor-müəllim heyəti AzMİU-nun RIBA kimi nüfuzlu beynəlxalq sertifikata sahib Memarlıq fakültəsi ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Sevinc Qarayeva Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu