525ci qəzet Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb | Icma.az
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb.
525.az xəbər verir ki, mətbubda BTQ-nin icraçı direktoru Abbas Abbasov Müqəddəs Papa Fransisk Apostolikə Korsikanın dekolonizasiyası prosesinə dəstək üçün müraciət edib.
Abbas Abbasovun məktubunda bildirilir ki, Papanın sülh, ədalət və bütün xalqların ləyaqətinə daim göstərdiyi sarsılmaz dəstək yüksək qiymətləndirilir: "Mən, 2023-cü ilin iyul ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısı çərçivəsində təsis edilmiş beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru kimi sizə bu məktubu yazmaq şərəfinə nail olmuşam.
Qeyd etmək istərdim ki, təşkilatın əsas məqsədi dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır.
Təsisçilər tərəfindən QH-nin nizamnaməsində qeyd edilir: “Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir".
Məktubda vurğulanıb ki, BTQ, hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır: "Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur.
BTQ-nin Qoşulmama Hərəkatı çərçivəsində yaradılması təsadüfi hadisə deyil.
Əksinə, bu, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda QH "Troyka"sının üzvü olaraq Azərbaycanın fəal iştirak və töhfəsinin məntiqi davamıdır".
Tam oxu
Xəbəri oxu