525ci qəzet BANMdə Bremen Konstruktor Universitetinin nümayəndələri ilə görüş keçirilib

19.11.2024

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Bremen Konstruktor Universitetinin nümayəndələri ilə görüş keçirilib.

BANM-dən 525.az-a bildirilib ki, görüşdə “Digital Skills Foresight” layihəsi çərçivəsində Azərbaycanda rəqəmsal bacarıqlarla bağlı imkanlar müzakirə edilib. Tərəflər arasında elmi-tədqiqat, birgə proqramlar və mübadilə imkanları nəzərdən keçirilib.

Sonda BANM və Bremen Konstruktor Universiteti arasında anlaşma memorandumu imzalanması qərara alınıb.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью