525ci qəzet Barselona klubunun prezidenti Bakıya gəlib

16.11.2024

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.

525.az "Report"-a istinadən xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.

X.Laportanı hava limanında idman ictimaiyyəti və media mənsubları qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью