525ci qəzet Barselona Messinin istifadə etdiyi əşyanı satışa çıxarır

08.01.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Barselona" Lionel Messinin komandada oynadığı dövrdə istifadə etdiyi şkafı hərraca çıxarır.

525.az İspaniya mətbuatına istinadən xəbər verir ki, şkafın başlanğıc qiyməti 350 min avro nəzərdə tutulub.

Bundan başqa klub "Kamp Nou"ya aid künc bayraqlarını, cərimə meydançasının qazonondan bir hissəni və tarixi şəkilləri də hərracda satmağı planlaşdırır.

Qeyd edək ki, 2000-ci ildə "Barselona"nın akademiyasına cəlb olunan Lionel Messi 2021-ci ilə kimi bu klubun üzvü olub.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью