525ci qəzet Bavariya 5 nömrəli formanı istifadədən çıxardı

08.12.2024

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bavariya"nın heç bir futbolçusu gələcəkdə 5 nömrəli formanı geyinməyəcək. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Münhen təmsilçisi 5 nömrəli formanı əfsanəvi futbolçu Frans Bekkenbauerin adına bağlayaraq istifadədən çıxarıb. 

Almaniya klubunun prezidenti Herbert Hayner açıqlamasında deyib: "Frans Bekkenbauer toxunulmaz olaraq qalacaq. O, əbədi olaraq bizim Kayzerimizdir. 5 nömrəsi unikal miras kimi qorunulacaq. Çünki bizim klubumuz və klubumuzun tarixi Franssız ağılasığmazdır".

Qeyd edək ki, Almaniya millisinin heyətində dünya və Avropa çempionu olan Frans Bekkenbauer bu ilin yanvar ayında 78 yaşında dünyasını dəyişib. O, 20-ci əsrin ən yaxşı müdafiəçilərindən biri hesab edilir. Əfsanəvi müdafiəçi “Bavariya”nın heyətində 4 dəfə Bundesliqa çempionluğuna yiyələnib. O, 2 dəfə “Qızıl top”un qalibi olub və 2 dəfə Avropanın ən yaxşı futbolçusu seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью