525ci qəzet Belarus Prezidenti KTMTnin sammitində Ermənistan tərəfinin iştirak etməməsinə münasibət bildirib

28.11.2024

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı Ermənistan tərəfinin tədbirdə iştirak etməməsinə münasibət bildirib.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

"Bu gün erməni həmkarlarımız iclasda iştirak etmədikləri üçün ilk çıxış etmək şərəfinə nail oldum. Bu, regiondakı hazırkı geosiyasi vəziyyəti və müəyyən dərəcədə təşkilatımızı xarakterizə edir", - o bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT sammitində iştirak etməyəcəyini bildirmişdi. O həmçinin vurğulayıb ki, İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır, eləcə də müvafiq hüquq və öhdəliklərini saxlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью